Mingəçevir Rəsm Qalereyasında 44 günlük Vətən Müharibəsi şəhidinin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub

"Unikal"ın  məlumatına görə könüllü olaraq Zəfər yürüşü döyüşlərində iştirak etmiş və  24 yaşında Daşaltı istiqamətində şəhid olmuş Mingəçevirli döyüşçü  Fuad Şöhrət oğlu Xankişiyevin ölümündən sonra  ilk dəfə olaraq təşkil olunan yaradıcılıq sərgisində 60 -dan çox sənət əsəri nümayiş olunub.

Sərginin açılış mərasimində rəsmi şəxslər, ictimaiyyət nümayəndələri  və  şəhidin doğmaları iştirak edib.Anası Saqibət Xankişiyeva şəhid övladının 100 -dən çox əl işləri olduğunu bildirib Qeyd edək ki, arzu edən şəxslər bir ay müddətində Rəsm Qalereyasında şəhid  döyüşçünün əl işləri sərgisinə gəlib yaradıcılığı ilə yaxından  tanış ola bilər.

Ehtiram Muradov