Ukrayna Silahlı Qüvvələri (AFU) 2022-ci ildən indiyədək 100 minə yaxın hərbi qulluqçusunu itirib.
"Unikal" xəbər verir ki, bunu ölkə prezidenti Volodimir Zelenski CBS telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib.
"İtkilər 100 min Ukrayna əsgəridir", - deyə Zelenski bildirib. Ukrayna lideri dəqiq rəqəmi açıqlamayıb.
Aprelin 2-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, təkcə 2025-ci ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin itkiləri təxminən 140 min nəfərə çatıb. Qeyd olunur ki, 2025-ci il yanvarın 1-dən aprelin 1-dək Ukrayna ordusu 138 545 əsgər itirib.
Gülayə Mecid