Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı Kəlbəcərdə avtomobil qəzasına düşərək həlak olub.
“Unikal” xəbər verir ki, qafqazinfo həlak olan hərbi qulluqçumuzla bağlı bir sıra məlumatları əldə edib.
Belə ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızıdır. Atası Rəsul Şahverdiyev isə 1995-ci ildə Qarabağ uğrunda döyüşlərdə şəhid olub.
Məlumata görə, İlahə Şahverdiyevanın bir il öncə cavan oğlu vəfat edib.
Qeyd edək ki, şəhid Rəsul Şahverdiyev 1950-ci ildə Laçın rayonunun Uvannovu kəndində doğulub. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.
XXX
15:25
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Nissan Pathfinder" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatı araşdırılır.
Əldə etdiyimiz məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, "N" saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş.