"Kristal Abşeron"un "City Garden Narimanov" layihəsi Green Project Management (GPM) Global tərəfindən təqdim edilən GPM360 beynəlxalq mükafatına layiq görülüb!

"Kristal Abşeron"un "City Garden Narimanov" layihəsi sertifikata layiq görüldü! - FOTOLAR

"Unikal" xəbər verir ki, 10 aprel tarixində həyata keçirilən ikinci "Sustainable Construction Summit" (Dayanıqlı Tikinti Zirvəsi) tədbirində "Kristal Abşeron"un Müşahidə Şurasının sədri Mahayət Nəbiyevə GPM 360 (Green Project Management) sertifikatı təqdim olunub. Layihənin bu beynəlxalq mükafata layiq görülməsi sosial, ekoloji və iqtisadi aspektlərdə əldə etdiyi yüksək nəticələrin və dayanıqlılıq meyarlarına ciddi şəkildə əməl olunmasının sübutudur.

"Kristal Abşeron"un "City Garden Narimanov" layihəsi sertifikata layiq görüldü! - FOTOLAR

GPM360 layihələrin idarə olunması prosesində dayanıqlılıq prinsiplərinin tətbiqini və P5 modeli (Məhsul, Proses, İnsanlar, Planet və Rifah) üzrə dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunu qiymətləndirən beynəlxalq sertifikasiya prosesidir. Bu qiymətləndirmə layihənin yalnız texniki və iqtisadi göstəricilərini deyil, həm də insan haqlarına, ətraf mühitin qorunmasına, sosial məsuliyyətə və uzunmüddətli rifaha töhfəsini əhatə edir.

"Kristal Abşeron"un "City Garden Narimanov" layihəsi sertifikata layiq görüldü! - FOTOLAR

"City Garden Narimanov" layihəsi qiymətləndirmə mərhələsində GPM360-ın tələb etdiyi bütün əsas sənədləri və məlumatları tamlıqla təqdim etmiş, sosial, ekoloji və iqtisadi təsirlərə dair ətraflı hesabatlarla fərqlənmişdir.

"Kristal Abşeron"un "City Garden Narimanov" layihəsi sertifikata layiq görüldü! - FOTOLAR

Bu uğur Kristal Abşeronun yalnız tikinti sektorunda deyil, dayanıqlı inkişaf sahəsində də strateji yanaşmaya sahib olduğunu bir daha nümayiş etdirir. "City Garden Narimanov" layihəsinin GPM360 mükafatı ilə təltif olunması, onun beynəlxalq standartlara uyğunluğunu və Azərbaycanda dayanıqlı tikinti sahəsində aparıcı mövqelərdən birini tutduğunu göstərir.

Qeyd edək ki, "City Garden Narimanov" layihəsinin "GPM360" sertifikatına müraciəti, hazırlığı və sertifikatın alınması PMO.az şirkətinin dəstəyi ilə həyata keçirilib.

Ətraflı: *1544 və ya 050 293 10 10

Ünvan: Nərimanov rayonu, İslam Abışov küçəsi

kristalabsheron.az