Rusiyanın Kansk şəhərində dəhşətli qətl hadisəsi baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları Herzen küçəsindəki fərdi yaşayış evində 7 aylıq körpə, 4 yaşlı qız və 9 yaşlı iki oğlan uşağının meyitini tapıb.
"Qurbanların hamısının baş nahiyəsində və bədənin müxtəlif nahiyələrində kəsik xəsarətləri olub", - KİV yazıb.
Bildirilir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya Respublikası üzrə Dövlət İstintaq Xidmətinin Kanski rayonu üzrə İstintaq İdarəsi uşaqların ölümündə əsas şübhəli olaraq 29 yaşlı qadını saxlayıblar.
Məlum olub ki, hadisəni törədən uşaqların anasıdır. Ona qarşı cinayət işi açılıb. Cinayətin digər təfərrüatları açıqlanmayıb.