Mingəçevirdə dünən avtomobil yanan həyətdə bu gün yenidən yanğın həyəcanı yaşanıb.

"Unikal"ın  məlumatına görə, Tərəvəzçilik yaşayış massivi ərazisindəki həmin ünvandan yanğın çağırışı əsasında əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Məlum olub ki, həyəcana tüstülənmə səbəb olub. Yanğınsöndürənlər proflaktik önləyici vasitələrdən istifadə edib.

Bundan başqa, dünən maşının yanması ilə bağlı bəzi məqamlar da məlum olub. Əldə olunan məlumata görə, baş vermiş yanğından əvvəl avtomobil digər ərazidə təkərləri bıçaqla deşilmiş halda aşkar olunub. Maşını həyətə daxil etdikdən bir qədər sonra isə maşın alovlanıb və yanğın qismən də evə keçib. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov