Mingəçevirdə maşın yanıb.

"Unikal"ın  məlumatına görə, hadisə Tərəvəzçilik yaşayış massivi ərazisində yerləşən fərdi təsərrüfatlardan birində baş verib. Həyətdə olan "Opel" markalı maşında başlayan yanğın qismən də həyətdəki evə keçib. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını alaraq daha da genişlənməsinə imkan verməyib. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov