Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.  Belə ki, hərəkətdə olan "Niva" markalı minik maşını yolu keçmək istəyən 1988-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov