"Əgər biz təhlükəsizlik deyəndə ordunu nəzərdə tuturuqsa, təhlükəsizliyimiz yoxdur". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. 

Baş nazir Nikol təhlükəsizlik konsepsiyasından danışarkən qeyd edib ki, təhlükəsizlik təkcə ordudan ibarət deyil: "Əgər biz təhlükəsizlik deyəndə ordunu nəzərdə tuturuqsa, bu, bizim təhlükəsizliyimizin olmaması deməkdir. Təhlükəsizlik təhsil, iqtisadiyyat, sosial sabitlik, diplomatiya və digər sahələri əhatə edir. Ordu bütün sistemin yalnız bir hissəsidir".

Paşinyan hazırda orduda ciddi islahatların həyata keçirildiyini də vurğulayıb: "Ordu heç bir əməliyyat keçirməyəcək. Bu məsələlər sülh yolu ilə, demarkasiya komissiyaları vasitəsilə həll edilməlidir".  

Ağarza Elçinoğlu