İraqın səhiyyə nazirliyi çərşənbə axşamı günü qum fırtınasının ölkəni bürüdüyünü, havanı boğucu tozla doldurduğunu, hava limanlarını bağlamağa məcbur etdiyini və 3700-dən çox insanın nəfəs almaqda çətinlik çəkən xəstəxanalara göndərildiyini bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, fırtına bölgəni qorxunc narıncı dumanla bürüdüyü üçün mərkəzi və cənub şəhərlərində görmə məsafəsi bir kilometrdən də aşağı düşüb.

Çərşənbə axşamı səhər saatlarında səngiməyə başlayan fırtına zamanı Bəsrə və Nəcəf hava limanları bağlanıb.

2022-ci ildə İraqda güclü qum fırtınası bir nəfərin ölümünə və 5000-dən çox insanın nəfəs darlığı ilə xəstəxanaya yerləşdirilməsinə səbəb olub.