Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kültəpə kəndində ümumi sahəsi 100 m² olan çörək sexinin yanar konstruksiyaları 42 m² sahədə yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.