Ermənistanın yeni Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə istinad olmayacaq.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O, bəyannamənin mətnində Ermənistanın müstəqil dövlətçiliyinin ola bilməyəcəyinin qeyd olunduğu Bəyannamə ilə bağlı əvvəlki fikrini xatırladıb: "Ona görə də mənim fikrimcə, bəyannaməyə istinad edilməməlidir, qərar verən xalqdır, amma bu, bizim siyasi qərarımızdır".
Qeyd edək ki, sözügedən Müstəqillik Bəyannaməsində Qarabağ və Ermənistanın birləşdirilməsindən bəhs edilirdi ki, Azərbaycan tərəfi də məhz bunun dəyişdirilməsini tələb edirdi.
Ağarza Elçinoğlu