Ermənistan Ədliyyə nazirinin müavini Tiqran Dadunts Avropa Şurasının Proqramların Əlaqələndirilməsi Direktorluğunun Proqramlaşdırma Departamentinin rəhbəri Şnuts Dürü, İnsan Hüquqları və Qanunun Aliliyi Baş Direktorluğunun Əməkdaşlıq Proqramları Departamentinin direktor müavini Lilit Daneghyan və Avropa Şurasının İrəvan ofisinin rəhbəri Maksim Lonqangeni qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Məlumata görə, iclasda konstitusiya islahatları prosesi və bu kontekstdə Avropa Şurasının dəstəyi ilə müzakirələrin təşkili imkanları müzakirə olunub. 

Görüşün sonunda tərəflər qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayaraq ehtiyacların müzakirəsi və birgə işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Ağarza Elçinoğlu