İndoneziyada Sulavesi adasının sahilində 5,6 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.
Qeyd olunub ki, yeraltı təkanların episentri təqribən 10 min nəfərin yaşadığı Modisi şəhərindən 46 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.