Rusiya prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. 

Qeyd edilib ki, məsləhətləşmələrin gündəliyinə ikitərəfli münasibətlərin, regional əməkdaşlığın və beynəlxalq arenada qarşılıqlı fəaliyyətin təşviqi daxildir.

Əvvəllər bildirilmişdi ki, Əraqçi İranın nüvə proqramı ilə bağlı Tehran və Vaşinqton arasında aparılan danışıqların gedişatını da müzakirə etmək niyyətindədir. İran Xarici İşlər Nazirliyinin rəhbərinin özü də bu yaxınlarda bildirib ki, o, İranın ali dini lideri Əli Xamneyidən Putinə mesaj çatdırmağı planlaşdırır.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aprelin 18-nə planlaşdırılıb.