NATO ölkələri iki il ərzində Rusiya ilə birbaşa hərbi münaqişəyə cəlb oluna bilər.

"Unikal" xəbər verir ki, bunu Britaniyanın Royal United Services Institute (RUSI) analitik mərkəzinin hərbi analitiki Edvard Arnold deyib.

Ekspert Almaniyanın müdafiəyə sərmayələri artırmaq qərarını alqışlayıb, lakin xəbərdarlıq edib ki, “Rusiyadan gələn təhlükə” səbəbindən Almaniya hökumətinin investisiyaları onilliklər ərzində yaymağa vaxtı yoxdur.

Arnold bildirib ki, əvəzində Bundesver ilk növbədə özünün sübut edilmiş silah sistemləri və döyüş sursatı, xüsusilə artilleriya ehtiyatlarını sürətlə və əhəmiyyətli dərəcədə genişləndirməyə diqqət yetirməlidir.