İrəvanda silahlı qarşıdurma baş verib. 

"Unikal" xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Kanaker rayonunda baş verib. Zərərçəkənlərdən biri - Mikaelyan  soyadlı yeniyetmə Tibb Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.

Daha iki zərərçəkən müxtəlif bədən xəsarətləri ilə başqa klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə şübhəli bilinən iki nəfəri saxlayıblar.