Harvard Universiteti ABŞ prezidenti Donald Tramp administrasiyasını məhkəməyə verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  buna səbəb ötən həftə Amerika liderinin universitet barəsində açıqlamaları olub. 

Ağ Ev rəhbərinin sözlərinə görə, "Universitet "yolunu azıb", "radikal solçuları" işə götürməyə başlayıb və buna görə də federal maliyyədən məhrum edilməlidir".  

Bunun fonunda təhsil ocağı 2,2 milyard dollarlıq qrantları dondurduğunu və universitet rəsmilərini "görünməmiş və düzgün olmayan" nəzarəti ələ aldığını söyləyən Tramp administrasiyasını məhkəməyə verib.

“Hökumətin həddindən artıq müdaxiləsinin nəticələri ağır və uzunmüddətli olacaq”, - Harvard Universitetinin prezidenti Alan Qarber bildirib.

Massaçusets ştatının federal dairə məhkəməsində qaldırılan iddiada administrasiya Birinci Düzəliş və digər federal qanun və qaydaları pozmaqda ittiham olunur.

51 səhifəlik şikayətdə Massaçusets ştatının federal hakimindən prezidentin “dondurulma əmrini” konstitusiyaya zidd elan etməsi və hökumətə federal maliyyənin hər hansı kəsilməsini və ya dondurulmasını ləğv etməyi əmr etməsi tələb olunur.

Gülayə Mecid