Ermənistan parlamentində deputatlar arasında dava düşüb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, parlamentin spikeri Alen Simonyanla müxalifət deputatları arasında əvvəlcə şifahi mübahisə yaranıb, sonra isə davaya çevrilib. 

Onlar yerindən etiraz etmək istəyəndə spiker müxalifətçi deputatların danışmaq hüququnun olmadığını deyib: "Bacarmazsan, oturduğun yerdən danışırsan. Oturun, bura uşaq bağçası deyil, sakit olun. Qanunla müəyyən edilmiş həddə qalın".

Bundan sonra münaqişə böyüyüb və Simonyan 20 dəqiqəlik fasilə elan etməli olub.

Ağarza Elçinoğlu