“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğləri” təsdiq edilib.

"Unikal" xəbər  verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşən xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar olaraq bu Qərarın əlavəsində qeyd olunmuş xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada hesablanmasını və ödənilməsini təmin etsin. Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Eyni zamanda Nazirlər Kabienti “Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşdirilən gömrük orqanları və təşkilatlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ni də təsdiq edib.

Müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sisteminə daxil olan dövlət büdcəsi vəsaiti hesabına saxlanılmayan gömrük orqanları və təşkilatlarında mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləği bu Qərarın əlavəsində göstərilən aylıq vəzifə (tarif) maaşlarının məbləği səviyyəsində Azərbaycan Respublikasının
Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilir.

Maliyyə Nazirliyinə tapşırılıb ki, Dövlət Gömrük Komitəsinin dövlət büdcəsindən maliyyələşən qurumlarının dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.