2023-cü ildə həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağda ləğv edilmiş separatçı rejimə məxsus saytların da fəaliyyəti dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, separatçıların parlament, hökumət, Xarici İşlər Nazirliyi və Artsax Müdafiə Nazirliyinin səhifələri aktiv deyil və onlar Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən bağlanıb.
"Ermənistan hökumətinin qərarına uyğun olaraq, Ermənistan Milli Təhlükəsizlik Xidməti Ermənistanın dövlət orqanlarının rəsmi saytlarının təhlükəsizliyini təmin etmək üçün müvafiq işlər həyata keçirir", - deyə MTX açıqlayıb.
Ağarza Elçinoğlu