Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.   

"Unikal"ın məlumatına görə, hadisə Xaldan qəsəbəsi ərazisində baş verib. Belə ki, Mercedes markalı yük maşını arxadan "VAZ-2106" markalı avtomobilə çırpılıb. Qəza zamanı ağır xəsarət alan olmasa da, minik maşını yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov