"İran ABŞ ilə ən qısa müddətdə “yaxşı” razılaşma əldə edə bilər". 

"Unikal" xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mühacirani deyib. 

“Biz inanırıq ki, qısa müddət ərzində ABŞ ilə İran arasında yaxşı razılaşma əldə etmək olar”, - deyə o bildirib.

Mühacirani həmçinin qeyd edib ki, İran İslam Respublikasının nüvə proqramı ətrafında böhranın həlli üçün ABŞ ilə danışıqların bütün keçmiş raundlarının konstruktiv olduğunu qiymətləndirir.

Xatırladaq ki, yeni nüvə sazişi üzrə ABŞ-İran danışıqlarının birinci raundu aprelin 12-də baş tutub. Artıq aprelin 20-də Romada ikinci raund keçirilib. Oman da görüşdə vasitəçi kimi çıxış edib . Danışıqların üçüncü raundu aprelin 26-na təyin edilib.