"2018-ci ilə qədər sərhəddə çoxlu ölüm halları olurdu, amma vəziyyət başqa idi, indi elə bir vəziyyət yaranıb ki, razılaşdırılmış sənəd var". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

"Sankt-Peterburqda Azərbaycan Milli Məclisinin sədri ilə kiçik təkbətək söhbətim oldu və deməliyəm ki, məncə, müzakirələrin hər hansı dalana dirənməsindən danışmağa ehtiyac yoxdur və eyni zamanda, prosesi mümkün qədər tez başa çatdırmaq Azərbaycan tərəfinin də marağındadır, biz bunu edirik", - Simonyan bildirib.

Ağarza Elçinoğlu