Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilərin keçirilməsi üçün bu payızda parlamentin buraxılması imkanlarını araşdırır.
"Unikal" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
Məlumata görə, dövlət başçısı son həftələr bu məsələ ilə bağlı ətrafı ilə məsləhətləşir, lakin hələlik yekun qərar yoxdur.
2025-ci ilin payızından əlavə, gələn il parlament seçkilərinin keçirilməsi də nəzərdən keçirilir.