FTX kəşfiyyat məlumatı toplamaq üçün Rusiyaya gedən Moldova kəşfiyyatçısının ölkədən qovulması barədə məlumat yayıb.
"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, məlumatda onun Moldova Respublikasının İnformasiya və Təhlükəsizlik Xidmətinin (İSS RM) keçmiş əməkdaşı Dmitri Rusnak olduğu açıqlanıb.
"Müəyyən edilib ki, Rusnak Rusiyanın təhlükəsizlik qüvvələri və digər dövlət strukturlarının əməkdaşları ilə bağlı məxfi məlumat toplamağa çalışıb. Əcnəbinin Rusiya Federasiyasının təhlükəsizliyinə heç bir real ziyan vurmadığını nəzərə alaraq, 2025-ci ilin fevralında o, ölkə ərazisindən qovulub və onun Rusiyaya girişi 60 il müddətinə qadağan edilib", - deyə FTX açıqlayıb.
Ağarza Elçinoğlu