Xəbər verdiyimiz kimi, İstanbulda Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, təbiət hadisəsindən sonra tanınmış geoloq, professor Naci Görür açıqlama verib.
O, daha güclü zəlzələnin ola biləcəyini istisna etməyib: "Zəlzələ Kumburqaz qırılma xəttindədir. Bu qırılma xətti kilidlidir və enerji toplayır. Bəzən də kiçik zəlzələlərə səbəb olur. Zəlzələnin yeri məna daşıyır, diqqətli olmaq lazımdır. Kumburqaz qırılma xətti yüklənir".
Ağarza Elçinoğlu