İtaliyanın “Fiorentina” komandası mövsümün sonunda Almaniya təmsilçisi “Bavariya”dan ayrılacaq Tomas Mülleri transfer etməkdə maraqlıdır.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Florensiya klubu bununla bağlı 35 yaşlı hücumçunun agenti ilə əlaqə saxlayıb. Lakin almaniyalı oyunçu gələcək karyerası ilə bağlı qərar verməyə tələsmir. O, mövsümün sonunadək gələcək təkliflərin hamısını nəzərdən keçirəcək.
Qeyd edək ki, Tomas Müller "Bavariya"nın yetirməsidir və 2008/2009-cu illər mövsümündən əsas komandada çıxış edir.