Rusiya prezidenti Vladimir Putinə qarşı BCM-nin orderi qanunsuzdur və əgər hər hansı ölkə onu icra etməyi düşünürsə, nüvə dövləti ilə münaqişənin nəticələrini başa düşməlidir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Sankt-Peterburq Dövlət Universitetinin “Hüquq” jurnalının 2025-ci il üçün 1-ci sayında dərc olunmuş məqaləsində bildirib.
Medvedev həmçinin xəbərdarlıq edib ki, orderi verənlərin rəhbərliyi qanunsuz olaraq məsuliyyətə cəlb olunan ölkənin istintaq və məhkəmə orqanları tərəfindən təqib oluna bilər və təqib edilməlidir.
Ağarza Elçinoğlu