25.04.2025-ci il tarixində 2004-cü il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxnasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Unikal" xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, sol diz, sol budun üçdə bir hissəsinin, sol əlin ovuc hissəsinin sıyrılı yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
*** 11:48
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatlna görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosiklet minik avtomobili ilə toqquşub. Qəza zamanı motosikletin sürücüsü 2004-cü il təvəllüdlü H.Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir
.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov