80 yaşlı qadının meyiti kanaldan tapılıb.

"Unikal" xəbər verir ki, hadisə Oğuz  rayonunun Kərimli kəndi ərazisində baş verib.

Belə ki, Kərimli kənd sakini 1945-ci il təvəllüdlü Həsənova Qənirə İsmayıl qızının meyiti kənd ərazisindəki kanaldan tapılıb.

Məlumata görə, 80 yaşlı Q. Həsənovanı ailə üzvləri bu gün səhər saatlarından etibarən axtarıblar. Onun meyiti axşam saatlarında aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli