FTX əməkdaşları Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini general-leytenant Yaroslav Moskalikin qətlində şübhəli bilinən şəxsi saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Təcili tədbirlər nəticəsində Ukrayna xüsusi xidmət orqanlarının agenti, Ukraynada yaşamaq icazəsi olan 1983-cü il təvəllüdlü İqnat Kuzin saxlanılıb. O, Moskva vilayətinin Balaşixa şəhərində "Volkswagen Golf" markalı avtomobili minalayıb. Nəticədə 1966-cı il təvəllüdlü Moskalik öldürülüb", - məlumatda bildirilib.
Ağarza Elçinoğlu