"Qaziantep"lə oyunun ilk yarısında 1-0 hesabı ilə geridə olan "Fənərbaxça" ikinci hissədə vurduğu 3 qolla üç xal qazanıb.
"Unikal" xəbər verir ki, meydan sahibləri 13-cü dəqiqədə Aleksandru Maksimin cərimə meydançası xaricindən vurduğu qolu ilə 1-0 önə keçiblər. Bununla da ilk hissə başa çayıb.
İkinci hissədə təzyiqi davam etdirən "Fənərbaxça" 68-ci dəqiqədə Anderson Taliscanın penaltidən vurduğu qolla hesabı bərabərləşdirib. Bir dəqiqə sonra Dzeko qol vuraraq önə keçib - 2:1. Canaries 72-ci dəqiqədə Fred daha bir qol vurub.
"Sarı-lacivərdlilər" bundan sonra lider "Qalatasaray"la xal fərqini 2-yə endiriblər.
Ağarza Elçinoğlu