Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP20) kimi önəmli bir tədbirin ötən il Azərbaycanda keçirilməsi ölkə iqtisadiyyatının qeyri-neft sektorundan bağımsız hala gətirilməsi üçün çox mühüm addım oldu. Ümumiyyətlə, son illərdə Azərbaycanın dünyada artan istisadi nüfuzu Çin səddini aşmaqla qalmır, onunla qarşı cəbhədə yerləşən avrozonaya qədər uzanır.
Azərbaycan iqtisadiyyatı tarixən neft sektoru üzərində qurulmuş olsa da, qeyri-neft sektorunun inkişafı son dövrlərdə prioritet istiqamətlərdən birinə çevrilib. Bu sektorun mühüm tərkib hissələrindən biri isə şəbəkə marketləridir. Ölkədə böyük şəbəkə marketləri təkcə iqtisadiyyata müsbət təsir göstərmir, eyni zamanda böyük vergi ödəyiciləri olaraq dövlət büdcəsinə əhəmiyyətli töhfələr verirlər. Azərbaycanın 2030-cu ilə qədərki dövlət strategiyasının əsasını qeyri-neft-qaz sektorunun inkişafı əhatə edir ki, burada böyük vergi ödəyicisi kimi ölkə iqtisadiyyatına öz töhfələrini verən şəbəkə marketləri ümdə yer tutur.
Ümumiyyətlə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı rəsmi statistikaya nəzər saldığımızda "Araz Supermarket" MMC, "OBA Market" MMC, "AL Market" MMC, Azərbaycan Supermarket" (BRAVO) MMC, "Bazarstore" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Grand-Mart" MMC kimi ölkənin aparıcı şəbəkə marketlərinin ötən il 131 milyon manatdan çox vergi ödədiklərini görürük.
Bu barədə açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, ticarət sektoru ölkəmiz üçün çox əhəmiyyətlidir: “Ölkə bazarında oturuşmuş mağaza şəbəkələrinin Azərbaycan iqtisadiyyatında çox böyük rolu var desək, yanılmarıq. Onlar bilavasitə məhsulların istehsalçılardan istehlakçılara çatdırılmasında vacib bir vasitəçi rolunu oynayır, eyni zamanda istehsal, xidmət və kənd təsərrüfatı sahələrinin inkişafına şərait yaradır. Ümumiyyətlə, ticarət sektoru ölkəmiz üçün çox əhəmiyyətlidir. Məsələn, qlobal ticarətin çəkisi qlobal ÜDM-in (ümumi daxili məhsul) ümumilikdə 60-65 faizini təşkil edir. Dünyada çalışan hər 5 nəfərdən biri məhz ticarət sektorunda işləyir. Bu detalları ona görə vurğulayıram ki, bu barədə dediyiniz ölkədəki mağazalar şəbəkəsindən danışacağam.
Fotoda: Eldəniz Əmirov
Ölkəmizdə də istehsal olunmuş hər yüz manatlıq ÜDM-in 11 manatı ticarətin payına düşür. Və təbii ki, burada sözügedən mağaza şəbəkələrinin də payı var. Eyni zamanda, ölkəmizdə muzdla işləyənlərin 19%-i ticarət sektorundadır. Təbii olaraq, burada da mağaza şəbəkələrinin payı çoxdur. Yəni, bu şəbəkələrin qeyri-neft sektoru olaraq ölkə iqtisadiyyatına qatqısı çoxdur”.
İqtisadçı həmçinin bildirib ki, market şəbəkələrinin fəaliyyətində təkmilləşdirilməyə ehtiyacı olan istiqamətlər də var: “Məsələn, bir müddət öncə mağaza şəbəkələrindən birinin cərimələndiyinin, orada istehlakçıların hüquqlarının pozulmasının şahidi olduq. Bu detallara qarşı ciddi mübarizə aparılmalıdır. Əslində, düşünmürəm ki, həmin şəbəkə rəhbərləri bunu istəyərək edirlər, hesab edirəm ki, bu hallar həmin şəbəkənin rəhbərindən sonra gələn subyektlərin hansısa davranışlarının nəticəsi olaraq ortaya çıxır. Çünki bu halın bir dəfə ortaya çıxması yüz dəfə reklam üçün çəkilən vəsaiti sıfırlayır. Bu, şəbəkə tipli mağazaların imicinə çox böyük zərərdir”.
Dövlət Statistika Komitəsinin məlumatına nəzər saldığımızda görürük ki, 2024-cü ilin pərakəndə ticarət şəbəkəsində istehlakçılara 62,2 milyard manatlıq satış olub. Bunların da əsasını 34,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 28,1 milyard manatlıq qeyri-ərzaq malları təşkil edib.
Məhsul qruplarının adları |
Satışdan gəlir, |
2023-cü ilə |
Məhsul qrupları üzrə |
Pərakəndə ticarət dövriyyəsi |
62 202,9 |
103,9 |
100,0 |
o cümlədən: |
|
|
|
ərzaq məhsulları |
31 408,1 |
102,3 |
50,5 |
içkilər və tütün məmulatları |
2 726,5 |
99,6 |
4,4 |
toxuculuq məhsulları, geyim və ayaqqabılar |
9 048,4 |
105,8 |
14,5 |
elektrik malları və mebellər |
3 018,3 |
107,1 |
4,8 |
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları |
727,4 |
111,8 |
1,2 |
əczaçılıq məhsulları və tibbi ləvazimatlar |
1347,6 |
97,6 |
2,2 |
avtomobil benzini və dizel yanacağı |
3423,1 |
106,8 |
5,5 |
digər qeyri-ərzaq malları |
10 503,5 |
107,2 |
16,9 |
Mənbə: Dövlət Statistika Komitəsi (2025)
Həmçinin qeyd olunub ki, cari ilin birinci rübündə Azərbaycanda vergi daxilolmalarının 3 milyard 226,4 milyon manatı və yaxud 73,7 faizi qeyri-neft-qaz sektorunun payına düşüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% çoxdur.
İqtisadçı Kazım Məmmədovun sözlərinə görə, 2007-ci ildə neft sektoru ölkədə ÜDM-nin yarıdan çoxunu təşkil edib: "2010-cu ildə neft hasilatı pik dövrünü keçdikdən sonra Azərbaycanda artım templərinin əhəmiyyətli dərəcədə aşağı düşəcəyi gözlənilirdi. Bu proqnoz sonradan bəzi ekspertlər tərəfindən təkzib edilsə də, neft yataqlarının neft potensialının hələ də tam tədqiq edilmədiyinə inansa da, qeyri-neft sektorlarının inkişafının vacibliyi hamı tərəfindən qəbul edilir.
Neft hasilatının azalması vergi yığımından gələn gəlirlərə birbaşa təsir edəcək. Baxmayaraq ki, qeyri-neft vergisi gəlirləri 2003-cü ildən davamlı olaraq artmaqdadır, yığım səviyyəsi hələ də potensialından aşağıdır. Vergi inzibatçılığının müasirləşdirilməsinə yönəlmiş bir sıra islahatlar həyata keçirilib. Bununla belə, geniş yayılmış gizli iqtisadiyyat vergi gəlirlərinin səviyyəsinə mənfi təsir göstərir. Vergi bazasını genişləndirmək üçün BVF vergi güzəştləri və güzəştlərinin azaldılmasını, vergi güzəştləri prosedurlarının daha şəffaf olmasını tövsiyə edir. Həmçinin, uyğunluğu artırmaq üçün vergi qaydaları, eləcə də bütün təlimatlar və formalar sadələşdirilməli və bütün vergi ödəyiciləri üçün asan başa düşülməlidir.
Bu gün Azərbaycan iqtisadiyyatı yeni çağırışlara hazırlaşır və iqtisadiyyatın şaxələndirilməsini irəli apararaq yeni inkişaf mərhələsinə qədəm qoyub. Aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft məhsullarının istehsalı 26 faiz artıb ki, bunun da önəmli bir hissəsi market şəbəkələrinin üzərinə düşür".
Qlobal iqtisadiyyatın ciddi şəkildə beynəlxalq ticarətdən asılı olduğu müasir dünyada qeyri-neft ixracının inkişafı ölkələrin iqtisadi artımının və inkişafının əsas sütunlarından biri kimi qəbul edilir. Qlobal neft tədarük zəncirinin vahid təkamülü paralel olaraq həm fiziki, həm də virtual neftdən istifadə perspektivlərindən aşkar edilir.
2000-2015-ci illər ərzində neft məhsulları ilə regionlararası fiziki neft ticarətinə və həm neft, həm də qeyri-neft məhsullarında təcəssüm olunmuş virtual neft ticarətinə əsaslanır. Neftlə zəngin regionlardan neft qıtlığı olan regionlara mürəkkəb təchizat zənciri boyunca neft ehtiyatlarının yerdəyişməsinin gücləndirilməsi ilə əlaqədar olaraq, qlobal təchizat zəncirinin hər iki ucunda neftdən istifadənin zaman silsiləsi dəyişiklikləri fonunda fərqli profillər təqdim edir. Qeyri-neft məhsulları beynəlxalq virtual neft ticarətində xam neft və neft məhsullarına qarşı getdikcə mühüm rol oynayır. Qeyri-neft məhsulları əsas neft idxal edən iqtisadiyyatların ümumi neft ticarətinin yarıdan çoxunu təşkil edir: ABŞ: 50%, Yaponiya: 63%, Çin: 58%, Koreya: 61%, İspaniya: 82%. Qlobal ticarət əlaqələri zaman keçdikcə şaxələnib. Aralıq ticarətdə neft məhsulları ilə fiziki neft ticarəti üstünlük təşkil edir, qeyri-neft məhsulları ilə virtual neft ticarəti isə son ticarətə rəhbərlik edir. İki perspektiv üzrə müqayisəli nəticələrə əsasən qlobal neft təchizatı təhlükəsizliyini təmin etmək üçün tədbirlər nəzərdə tutulur. 2040-cı ilə qədər gələcək milli virtual neftdən istifadənin uzunmüddətli proqnozu cəmiyyətin inkişafının dəstəklənməsi üçün neftdən istifadənin səmərəliliyinin iqtisadi cəhətdən artırılmasının zəruriliyini vurğulayır.
2024-cü il əksər korporativ şəbəkə bazarlarında düzəliş ili kimi formalaşıb. Bu korreksiya 2021-ci ildən 2023-cü ilə qədər pandemiyanın səbəb olduğu tələbat artımı ilə əlaqədar qeyri-adi artımı izləyir. İndi, müəssisələr pandemiyaya əsaslanan investisiyaların geridə qalması ilə işlədikcə və davamlı iqtisadi qeyri-müəyyənlik səbəbindən ehtiyatlı xərclərlə birlikdə artıq inventarla üzləşdikcə, beş əsas müəssisə şəbəkəsi bazarı - Şəbəkə Təhlükəsizliyi, Filial Marşrutlaşdırma, Kampus Kommutasiyası, WLAN və Müəssisə Məlumat Mərkəzinin Kommutasiyası – biri istisna olmaqla, digər hamısı müxtəlif dərəcələrdə böyümənin yavaşlamasına hazırdır.
Şəbəkə marketləri əsas məhsulların alternativ birləşmələrindən əldə edilə bilən kompozit əmtəə və ya xidmətlərlə xarakterizə olunur. Buna misal olaraq mürəkkəb, çoxmərhələli istehsal və istehlak sistemlərini, nəqliyyat və rabitəni göstərmək olar. Bu şəbəkələrdə səmərəlilik şəbəkə topologiyası və bazar strukturu ilə müəyyən edilən elementar məhsullar arasında mövcud olan tamamlayıcı və əvəzedici əlaqələrin xalis təsirindən asılıdır. Bu iş şəbəkə marketlərinin bir sıra sadə iqtisadi modellərini nəzərə alaraq tarazlığa təsir edən amilləri araşdırır.
Əvvəlcə şəbəkə topologiyasının müxtəlif bazar rejimlərində mənfəətə və rifaha necə təsir etdiyi göstərilir. Xüsusilə inhisarçı şəbəkələrdə qiymət diskriminasiyasına diqqət yetirilir. Şəbəkələrin növbəti təkamülü yoxlanılır ki, bu da mövcud firmalar tərəfindən yeni bağlantılara investisiya qoyuluşu və ya yeni firmaların şəbəkəyə daxil olması ilə baş verə bilər. Göstərilir ki, tarazlıqda olan rəqiblərin sayı sosial cəhətdən optimal olanla üst-üstə düşməyə bilər, bu da öz növbəsində şəbəkə strukturundan asılıdır.
Azərbaycanda isə şəbəkə marketlərinin artan iqtisadi və fiskal rolu qeyri-neft sektorunun inkişafında mühüm amil kimi qiymətləndirilə bilər. Onlar təkcə istehlak bazarının formalaşmasında deyil, həm də dövlət büdcəsinin dolmasında və iqtisadi sabitliyin təmin olunmasında strateji rol oynayır. Gələcəkdə bu sahənin daha da inkişaf etdirilməsi, həm daxili istehsalçılarla əməkdaşlığın gücləndirilməsi, həm də regional bazarlara çıxış imkanlarının genişləndirilməsi ölkə iqtisadiyyatına əlavə dəyər qazandıra bilər.
Ağarza Elçinoğlu
QEYD: Bu yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur