Kardinalların konklavı yeni Roma Papasını seçmək üçün mayın 7-də toplanacaq.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Vatikandakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, tarix Papa Fransiskin şənbə günü, aprelin 26-da vidalaşmasından sonra ilk dəfə Vatikanda kardinalların qapalı görüşündə təyin edilib. Tezliklə rəsmi açıqlama verilməlidir.
Dünyanın müxtəlif ölkələrindən yaşı 80-dən aşağı olan 135 kardinal konklavda iştirak etmək hüququna malikdir. Onların arasından Roma Katolik Kilsəsinin növbəti lideri olacaq biri seçiləcək.
Gülayə Mecid