Xocalı rayonunun Ballıca kəndinə yola salınan növbəti köç karvanı artıq kəndə çatıb.

"Unikal" xəbər verir ki, Ballıcaya bu gün yola salınan köç karvanı 15 ailədən (68 nəfər) ibarətdir.

Bununla da Xocalı rayonunun Ballıca kəndinə 172 ailənin (811 nəfər) köçürülməsi təmin edilib.

*** 11:45

Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

"Unikal" xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 15 ailə (68 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 172-yə (811 nəfər) çatacaq.