İspaniya məhkəməsi aprelin 28-də İspaniya, Andorrada, Belçika, Fransa və Portuqaliyada elektrik enerjisinin kəsilməsini araşdırır. 

"Unikal" xəbər verir ki, bu barədə İspaniya Milli Məhkəmə Kollegiyası məlumat yayıb. 

İstintaqı hakim Xose Luis Kalama aparacaq. Bu versiya təsdiq olunarsa, o zaman elektrik kəsilməsinin təşkili İspaniya Cinayət Məcəlləsinə əsasən “terror cinayəti” hesab olunacaq.

Daha əvvəl İspaniya Meteorologiya Xidməti bəyan etmişdi ki, hava şəraiti ölkədə elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb ola bilməz.