Oğuzda çaqqal 56 yaşlı sakinə hücum edib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xalxalqışlaq kəndində baş verib.

Həmin kənd sakini 1969-cu il təvəllüdlü Nakam Muradov axşam saatlarında işdən evə qayıdarkən kənd ərazisində çaqqalın hücumuna məruz qalıb. Vəhşi heyvən kənd sakininin sağ ayağına xəsarət yetirib.

Xəsarət alan N.Muradova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.

Seymur Əli