Avstraliyanın Makkuori adasının sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.

Yeraltı təkanların episentri subarktik iqlim zonasında yerləşən Makkuori-Aylend adasından təxminən 220 kilometr qərbdə yerləşib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntı və insan tələfatı barədə hər hansı məlumat verilməyib.