"Əminliklə deyə bilərəm ki, Kamran müəllim Baş prokuror kimi çalışdığı dövrdə prokurorluq orqanlarında islahatlar müasir tələblərə uyğun daha da dərinləşdirilib və öz müsabət nəticəsini verib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, bu dövr ərzində prokurorluqda yeni informasiya texnologiyalarının tətbiqinə nail olunub:

"Düzgün kadr siyasəti həyata keçirilib. Hazırda prokurorluq əməkdaşlarının 90 faizi gənc, amma peşəkar kadrlardır. Bu illər ərzində ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizədə də prokurorluq aparıcı rol oynayıb. Müasir dövrdə prokurorluq, digər hüquq-mühafizə orqanları, güc strukturları arasında çox ciddi, səmərəli əməkdaşlıq mövcuddur. Bunun nəticəsidir ki, ölkəmizdə mütəşəkkil cinayətkarlığın bütün formalarına qarşı effektiv mübarizə həyata keçirilir".

Anar Kəlbiyev