Ukraynada rusiyalı müğənni Valeriya şəhər xarabalıqları fonunda “Vətən haradan başlayır” mahnısını ifa edib, klip çəkdirib. 

"Unikal" xəbər verir ki,  müğənni bu hərəkətinə görə, sanksiyaları pozmaqda şübhəli bilinir.

Ukrayna Mədəniyyət Nazirliyi sənətçinin çəkiliş üçün Ukrayna sərhədini keçib-keçmədiyini öyrənmək üçün Ukrayna Təhlükəsizlik Xidməti ilə (SBU) əlaqə saxlayıb.

Müraciətin təşəbbüskarı Ukraynanın mədəniyyət naziri Nikolay Toçitski olub. O, Valeriyanın Ukrayna sanksiyalarını pozduğu üzə çıxarsa, ona qarşı işin açılmasını tələb edir.

“Rusiya mədəniyyətinin mahiyyəti budur: Dağıdılmış şəhərin fonunda, ola bilsin, müharibə cinayətləri nəticəsində öz vətənini tərifləmək – bu, rus mədəniyyətidir”, - Toçitski müraciətində qeyd edib. 

O, bildirib ki, Rusiya mədəniyyət xadimlərinə qarşı sanksiyalar Ukraynanın təhlükəsizliyinin maraqları naminə tətbiq edilib. 

Ukrayna rəsmiləri bildirirlər ki, müğənni videonu  Rusiya Federasiyasının yeni vilayətlərinin ərazisində və ya Kursk vilayətində xarabalıqlar fonunda çəkə bilərdi.

Ukraynanın “Strana.ua” nəşri yazır ki, video Brest qalası fonunda çəkilə bilər. Qala Moskvanın Troitski inzibati rayonunda yerləşir. 

Gülayə Mecid