Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına gorə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərin vəkilləri müvəkkillərinin ev dustaqlıgina buraxılması ilə bağlı vəsatətlərlə çixış ediblər.
Daha sonra təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Prokuror vəsatətləri əsassiz sayaraq təmin olunmamasını məhkəməyə təklif edib.Məhkəmə prokurorun təklifini qəbul edib.
Cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağli qərar qəbul edilib. Növbəti proses mayın 15-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istinaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.