Gerçək həyatdan lentə alınan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı final edəcək.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı ekran işinin baş rol aktyoru Cem Yiğit Üzümoğlu açıqlama verib. O, final qərarı ilə bunları söyləyib:
"Gerçək həyatdan, möhtəşəm hekayədən bəhs olunurdu. Çox məyusedici hadisələr baş verdi. Bir neçə dəfə çəkiliş meydançasında yanğın hadisəsi baş verdi. Amma axırıncı dəfə yanğında yayım menecerinin vəfat etmesi son nöqtəni qoydu, final qərarı alındı".
Qeyd edək ki, layihə 15-ci bölümdə mövsüm finalı edəcəyi bildirilmişdi.