Boliviyada göyərtəsində biri uşaq olmaqla 5 nəfərin olduğu itmiş yüngül təyyarə tapılıb.

"Unikal" xəbər verir ki, təyyarə bir qrup balıqçılar tərəfindən aşkar edilib. Onlar Beni departamentindəki İqnasio Muiba körpüsünün yaxınlığında kömək çağırışları eşidiblər. Sərnişinlər xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Boliviya prezidenti Luis Arse yüngül mühərrikli təyyarənin itməsi ilə bağlı axtarış-xilasetmə əməliyyatına göstəriş verib.

*** 11:52

Boliviyanın şimalında bir uşaq da daxil olmaqla, beş nəfərin olduğu Cessna 172CP təyyarəsi yoxa çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Artıq hakimiyyət orqanlarının hərbçiləri axtarış əməliyyatlarına cəlb ediliblər: "Təyyarə Benin Departamentinin Baures şəhəri ilə Trinidad şəhəri arasında uçarkən yoxa çıxıb". 

Boliviyanın mülki aviasiya idarəsi bildirib ki, itkin düşən təyyarənin pilotu qəza siqnalı göndərib və sonra əlaqəni kəsib. 

Ağarza Elçinoğlu