Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev, dos. Çingiz Əliyev, b/m Həlilə Məmmədova Türkiyə-Azərbaycan Universitetində keçirilən “Milli Qida Texnologiyası Platformasının Yaradılması və Kənd Təsərrüfatı-Qida Sektoru Strateji Tədqiqat və İnnovasiya Gündəliyi: Baxış 2030 proqramının hazırlanması” adlı tədbirdə iştirak ediblər. 

"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Texniki Universiteti (ATU), Bakı Dövlət Universiteti (BDU) təmsilçilərinin qatıldığı tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin(ATMU) kafedra müdiri N. Quliyev çıxışı zamanı universitetin strateji hədəflərində tələbə-müəllim mübadiləsinə böyük önəm verildiyini, tələbələrin Türkiyənin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazandıqlarını, beynəlxalq əməkdaşlıq əlaqələrininin genişləndirilməsi platformasında Türkiyənin Eskişehir Osmanqazi Universiteti ilə ikili diplom proqramının uğurlu həlli məsələsinin önəmliliyini diqqətə çatdırıb. Mehmanxana və restoran biznesi kafedrası tərəfindən sənaye və ali təhsil müəssisələri nümayəndələrinin iştirakı ilə  vaxtaşırı elmi-praktik seminarların keçirildiyini bildirib.

Türkiyə-Azərbaycan Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən professor  Vilayət Vəliyev, TAU-nun prorektoru professor Mehmet Şimşir, onlayn formatda qatılan Haccettepe Universitetinin professoru Dr.Vural Gökmen Azərbaycanın ali təhsil müəssisələrinin təmsilçiləri ilə adıçəkilən tədbirdə fikir mübadiləsinin təşkilindən məmnunluqlarını bildiriblər. İştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Sonda xatirə şəkli çəkilib.