Türkiyəli aktyor Akın Akınözü bir müddət əvvəl imtina etdiyi "Halef" serialı ilə razılığa gəlib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor layihədə "Timur" obrazını canlandıracaq. Onun kiminlə tərəf müqabili olacağı isə hələləlik bəlli deyil.
Qeyd edək ki, Akın serialdan imtina etdikdən sonra aktyor Aytaç Şaşmaza təklif göndərilmişdi. Layihədə digər baş rolu isə aktrisa Devrim Özkanın canlandıracağı deyilirdi.