İranın xarici işlər naziri Abbas Əraqçi Pakistana səfər edib.
"Unikal" xəbər verir ki, Pakistanın paytaxtında o, ölkə rəhbərliyi ilə görüşlər keçirəcək.
“Səfər zamanı nazir Pakistan rəsmiləri ilə ikitərəfli məsələlər, o cümlədən iqtisadi-ticari əməkdaşlıq, həmçinin sərhəd təhlükəsizliyi ilə bağlı məsləhətləşmələr aparacaq və fikir mübadiləsi aparacaq”, - məlumatda deyilir.
Səfər aprelin 22-də Hindistanın Cəmmu və Kəşmir bölgəsindəki Pahalqam yaxınlığında törədilən terror aktından sonra Pakistan və Hindistan arasında yaranan gərginlik fonunda baş tutub.