Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Daşkəsən rayonunun Bayan kəndində 1 nəfərin meşəlik ərazidə itkin düşməsi barədə ilkin məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda vətəndaş - 1952-ci il təvəllüdlü Abdullayev Kamil Mahmud oğlunun itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

***09:48

Daşkəsəndə Kəlbəcər rayon sakini meşədə itkin düşüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Bayan kəndinin yaxınlığında yerləşən meşəlik ərazidə baş verib. Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb. Yaxınlarının verdiyi məlumata görə, K.Abdullayev sonuncu dəfə qızı ilə əlaqə saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir.

Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək.

Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev Şəhid Şəhriyar Abdullayevin atasıdır.

Tural Əhmədov