Bakıda kişi bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə ötən gün saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində baş verib.
Belə ki, 1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğlu bıçaq xəsarəti alıb.
Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib. O, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.
İlkin məlumata görə, hadisəyə səbəb taksidə yer üstündə mübahisə olub.
Qeyd edək ki, saxlanılan Əhməd Məmmədli ictimai fəaldır.
Murad İbrahimli