Serbiya prezidenti Aleksandar Vuçiçin Moskvaya getdiyi təyyarə Bakıya məcburi eniş etdikdən sonra yenidən havaya qalxıb.
"Unikal" xəbər verir ki, bu barədə Serbiyanın "Vreme" jurnalı yazıb.
Qeyd edək ki, təyyarə Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar səbəbindən uçuşu davam etdirməyə icazəsi olmadığı üçün Moskvaya səfərini davam etdirə bilməyərək Bakıya eniş etmişdi.
***16:15
Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, Vuçiç bu gün Moskvaya səfərə yollanıb. Amma onun uçduğu təyyarə müharibə və hava məkanında gedən döyüş əməliyyatları səbəbindən məcburi eniş etməli olub: "Təyyarə təhlükəsizlik riskləri, o cümlədən hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti və münaqişə zonasında müdaxilənin mümkünlüyü səbəbindən Rusiyaya doğru irəliləyə bilməyib.
Hazırda Şərqi Avropada artan gərginlik və hərbi əməliyyatlar nəzərə alınaraq, Moskvaya uçuş təhlükəli elan edilib və prezidentin nümayəndə heyətinin səfəri Azərbaycanın paytaxtı Bakıda dayandırılıb.
Hazırda uçuşun davam etməsi üçün təsdiq gözlənilir, həmçinin Moskva hava limanlarının hazırda bağlı olduğunu bildirilir".
Qeyd edək ki, Vuçiçin Rusiya prezidenti Vladimir Putinlə görüşü və Qələbə Günü paradında iştirak etməsi planlaşdırılırdı.
Ağarza Elçinoğlu